Modern.az

Gəncədə “CinemaPlus” kinoteatrının açılışı oldu

Gəncədə “CinemaPlus” kinoteatrının açılışı oldu

Təhsil

4 May 2016, 12:00

 

Azərbaycanın qədim guşəsi, tariximizin beşiyi adlandırırıq Gəncəni. Lakin bu il Gəncə qədimiliyi ilə yanaşı, müasirliyini də bütün dünyaya nümayiş etdirir.

Bu müasirliyin növbəti nümunəsi - Avropanın Gənclər paytaxtı olan Gəncədə ən müasir kinoteatr fəaliyyətə başlamasıdır.

Modern.az xəbər verir ki, ölkəmizin ikinci ən böyük şəhərində “CinemaPlus” kinoteatrının işə düşməsi ilə əlaqədar möhtəşəm açılışı baş tutub. Bu münasibətlə Bakıdan KİV nümayəndələri, bloqqerlər, tanınmış simalar və biznes tərəfdaşlarının Gəncə üzrə üzərində kinoteatrın reklamı ilə bəzədilmiş avtobuslarda tur təşkil olunub.  

Xüsusi dekorasiya ilə bəzədilmiş kinoteatrın açılış mərasimində Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyev, “CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə və millət vəkili Naqif Həmzəyev iştirak ediblər. Açılış nitqi ilə çıxış edən icra başçısı Elmar Vəliyev yeni mərkəzin işə düşməsi münasibətilə hər kəsi təbrik edib, 2016-cı il Avropa Gənclər Paytaxtı olan Gəncədə məhz belə müasir avadanlıqlarla təchiz olunmuş kinoteatrın açılmasının sevindirici hal kimi qiymətləndirib.  O, yaxın aylarda Gəncədə açılacaq digər müasir məkanlar, şəhərdə keçiriləcək tədbirlər haqqında da danışıb.

“CinemaPlus” kinoteatrlar şəbəkəsinin baş direktoru Zaur Darabzadə, kinoteatrın repertuar üzrə direktoru Faik Kazımov və layihə rəhbəri Fəhrim Quluzadə Gəncədəki yeni kino mərkəzinin fəaliyyəti ilə bağlı ətraflı məlumat veriblər.

Rəsmi hissədən sonra ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film, həmçinin Heydər Əliyev Fondunun dəstəyi, Arzu Əliyevanın baş prodüserliyi ilə “Bakı Media Mərkəzi” tərəfindən çəkilən “Əbədi ezamiyyət” filmləri izlənilib.

Foyedə qonaqlara xüsusi Amerika istehsalı olan pop-korn və sərin içkilər verilib. Həmçinin, tədbirin tərəfdaşı olan “Sabina Perfumery & Cosmetics” magazalar şəbəkəsindən də hədiyyələr təqdim olunub. Tədbirin növbəti hissəsi “Cinema Distribution” şirkətinin təqdim etdiyi “Ekipaj” və “Diverqent 3” filmlərinin nümayişi ilə davam edib.

Qeyd edək ki, Gəncədə “CinemaPlus” kinoteatrı “UM Group” şirkəti tərəfindən inşa olunub. Layihənin əsas tərəfdaşlarından biri beynəlxalq keyfiyyətə nəzarət sahəsində lider sayılan “İntertek” şirkəti olub. Digər tərəfdən, dünyada 44 ölkədə 500-dən çox kinoteatrı dizayn işlərini reallaşdıran Kanadanın “Mesbur+Smith Architects” şirkəti “CinemaPlus” kinoteatrının da dizayn işlərini tam olaraq görüb. “CinemaPlus” ən yeni Barco nəslindən olan proyektorlar, yüksək parlaqlığa malik kinoekranlar və səs sistemləri ilə təhciz olunub. 461 yerdən  və 5 zaldan ibarətdir.  

Bundan əlavə, “CinemaPlus” kinoteatrı Master İmage 3D texnologiyası ilə tətbiq olunur.  Kinoteatr, “Xəmsə Park” Ticarət Mərkəzi, Gəncə Bulvarın yaxınlıgındakı Nizami küçəsi 8 ünvanın  4-cü mərtəbəsində yerləşir.  “CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən yaxşı premyeralar ilə sevindirməyə hazırdır.

Tədbirin açılış mərasimindən hazırlanan videonu buradan izləmək olar: 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə